Yayın son ayı
Beləliklə krizisli bir yayın sonuna gəldik. Nəticələrə baxanda, ümumi artış görmək mümkündür. Səbəbləri müxtəlifdir. Əvvəlki illərə görə bütün işləri buraxıb tətilə gedənlərin sayı azalmış olmalıdır, çünki İnternet istifadəçilərin sayında azalma hiss olunacaq dərəcədə deyildi.
Avqust ayının statistikalarına baxanda, isti keçən iyula görə artış var. Bunun da səbəbləri fərqlidir. Avqust isti keçmədiyinə görə Abşeronun çimərliklərində vaxtı keçirə bilməyənlər həmin vaxtı İnternetdə olmağa sərf edibrəl. Bir də, təbii ki, ayın ortasında başlamış orucluq ayı olan mübarək Ramazan.
Ramazanla əlaqədar açılan xüsusi Ramazan səhifəsi və onun açılması ilə əlaqədar keçirilən reklam kampaniyası sayta daxil olanların sayını hiss olunacaq dərəcədə artışına gətirib çıxartmışdır.
Avqust ayının gündəlik statistikası ilə saytın özündə, Google Analytics-dan alınan daha ətraflı məlumatlar isə aşağıda verilmişdir.

Avqust 2009
Quru statistika - Oxatan.com said:
Nov 06, 09 at 10:01[...] çətin bir şey deyilki. İndi tənbəllik yaransada amma kataloq.net bunu edirdi. Öz blogunda ayın yekunlarını yazırdı, onun ekran görüntüsünü yerləşdirirdi. Baxanda görünürdüki ziyarətçisi [...]