Yarı səndə, yarı məndə…
Ölkənin krizislə boğuşduğu 2009-cu ilin ilk yarısını tamamlayarkən, bu yarım ilin cəm statistikalarını hazıryayıb, ətrafında bir az şərh vermək istəyirik.
Bunu da əvvəlcədən açıqlamaq istərdik ki, saytın statistik təhlillərin dəqiqliyini artırmaq üçün 3 fərqli mənbədən faydalanırıq. 1- saytın altında yer alan müxtəlif milli reytinq sistemlərinin sayğaçları, 2- möhtəşəm statistika hesabatların alınması üçün imkanlar yaradan Google Analytics, 3- serverin daxilində quraşdırılmış ən dəqiq analitik sistem olan webalizer.
Sayğaclarımız açıqdır, ona görə hamı ümumi təxmini hesabatlarımızı görə bilər. Onların milli və çox ideal olmadıqlarını nəzərə alaraq, təhlillərimizi əsas olaraq 2 və 3 mənbələrdən alınan nəticələr üzərində əsaslayacayıq.
Webalizerin hesabladığı ən dəqiq gündəlik hesabatları saytımızın statistika bölməsində incələmək mümkündür. Google Analytisc-in verdiyi yarim illik vəziyyət isə aşağıdakı kimidir:

Yanvar - iyul 2009