Üç-dörd.. qapını ört!

3 il2006-cı ildə üzərində işləməyə başlanan layihənin tam hazır versiyası 2007-ci ilin yanvarında fəaliyyətə başlayıb. Beləliklə, hər ilin ilk günlərində ad gününü qeyd edən Kataloq.NET-in bu ilki ad günü tortunda 3 şam yandırılmışdı.

3 il ərzində nəyə nail olundu? Gündəlik 3 minə çatan ziyarətçilərin sayı fəxr etdiyimiz uğurlarımızdandır.

Gələcək planlarda nələr var? Çox şey var. Sonradan yalançı çıxmamaq üçün indidən açıqlamaq istəmirik.

3 illik fəaliyyət müddəti bir vebsayt üçün kifayət qədər ciddi bir sınaq müddətdir. Sınaqdan keçdiyimizi düşünürük. Bu üç il bizə nəyi öyrətdi? Qabağa getmək lazımdır! Yeni servislər, yeni imkanlar təklif edərək yeni istifadəçilər qazanmaq lazım olduğunu.

Yeni ildə yeni simada görüşmək ümidi ilə!

Şərhinizi yazın

Şərh yazmaq üçün daxil olmalısınız.