* You are viewing Posts Tagged ‘xəritə’

BarCamp Caspian’09

BarCamp Caspian'0927-29 mart tarixləri arasında 2009-cu ilin sensasiyası olmağa namizəd olan BarCamp Caspian’09 beynəlxalq qeyri-konfransı keçirilmişdir. Delta Telekom-un baş sponsorluğunda, HP, Opera, Xerox, BƏHM və Qafqaz Universitetinin sponsorluğunda keçirilən tədbirdə 16 ölkədən 60-dan artıq qonağın iştirakı ilə ümumiyyətlə 400-dən artıq barkampçı aktiv şəkildə iştirak etmişdir. 

İT, İnternet və Yeni Media qeyri-konfransın Bakıda ilk dəfə beynəlxalq səviyyədə baş tutması üçün tədbir zamanı baş verən hər bir hadisənin keçirildiyi yerin xəritədəki yerini göstərməklə BarCamp Caspian iştirakçılarına bələdçilik edərək Kataloq.NET de öz tövhəsini verdi…. Yazının davamı

Əliağa Vahid

Əliağa Vahidin heykəli

Kuyində mənə qoy nə bilir eyləsin əqyar,
Əlbəttə, cəzasın cəkər ALLAH kərim olsa.
 

Adı dəyişdirilmiş və bərpa olunmuş İçəri Şəhər metro stansiyasının yanında köhnə bakılıların Qubernator bağçası olaraq tanıdıqları, qəzəlxan  Əliağa Vahid-in adını daşıyan bağda abadlaşdırma əməliyyatından sonra artıq əndər incəsənət əsəri olan Vahidin heykəlini görə bilməyəcəksiniz.

Onu görmək üçün, metronun arxasındakı qala qapısından içəri girmək lazım gələcəkdir. Böyük qəzəlxanın heykəlini yeni abadlaşdırılmış kiçik bağçanın içində  görə bilərsiniz.