* You are viewing Posts Tagged ‘Kompass’

Kataloqlaşdırdıqlarımızdansınızmı?

Kataloq.NET-də çoxdan gözlənilən kiçik bir yenilik daha. Saytımızı gündəlik olaraq ziyarət edənlər Kompass bölməsində “Kataloqda ol!” düyməsinə diqqət etmiş olarlar.

Müəssisəni əlavə et!Bəli bəli. Artıq müəssisənizi, qurumunuzu, obyektinizi v.s. Kataloq.NET-in bazasına daxil etmək üçün elektron anket formunu doldurmaq kifayətdir. Göndərdiyiniz məlumatlar bizə ötürüldükdən həmən sonra menecer sizinlə əlaqə saxlayaraq məlumatların doğruluğunu yoxlayacaq və əsas bazaya daxil edəcəkdir.

Diqqət! Sizinlə operativ olaraq əlaqə saxlaya bilməyimiz üçün, telefon və emailinizi doğru olaraq daxil edin.

Sizin müəssisəniz … Yazının davamı

28 May – Respublika Gününüz mübarək!

Kataloq.NET 28 May Respublika Günü münasibəti ilə hamını təbrik edirik və çoxdan bəri söz verdiyimiz dəyişiklikləri təqdim edirik. Bunlar nədir?

Belə idi (v1) - belə oldu (v2)

Əvvəla, yəqin ki, bəlkə də ilk baxışdan hiss etmədiyiniz dizayn dəyişiklikləri. Fərqi anlaya bilməyənlər üçün əvvəkli versiyanın (v1) və indiki versiyanın (v2) görünüşünü veririk.

Nəyə görə bu qədər az hiss olunan dəyişikliklər elədik? Gündəlik gələnlərin birdən çox dəyişmiş saytda yadlıq hiss etməmələri üçün. Ötə yandan isə sadəcə dəyişiklik etmək istədik.

Bununla bitmədi!

Yazının davamı