* You are viewing Posts Tagged ‘izah’

Kataloq nəyə görə kataloqdur?

KATALOQ [yunanca katalogos – siyahı], – Müəyyən qayda üzrə tərtib olunmuş şeylərin (kitabların, əlyazmaların, muzey eksponatların və s.) siyahısı.  
(Azərbaycan Dilinin İzahlı Lüğəti, red. Əliheydər Orucov, Şərq-Qərb, Bakı-2006)

Kataloqlar, böyük həcmdə məlumatların asanlıqla tapılması üçün tərtiblənən sistemlərdir. Məhz elə ona görə də biz layihəmizi kataloq formasında tərtiblənməsini düşündük. Azərbaycanla əlaqədar bir çox faydalı məlumatı eyni İnternet resursunda rahat bir şəkildə tapma imkanını verən sistemə Kataloq adını verməyə qərar verdik. 

Kataloq sözündə istifadə olunan bütün hərflər ingilis hərfləri olduğuna görə, domain almaqda da çətinlik çəkmədik. Sizcə uğurlu bir ad seçə bildikmi?