* You are viewing Posts Tagged ‘bloq’

Bloq eksperimenti

Həsənəlizadə RamiN-in təklifi ilə Kataloq.NET sayt axtarışının banneri aşağıdakı bloq-lara yerləşdirildi:

Kataloq.NET-in blog-larda reklamı nəticəsində Google Analitics statistikaları
Sonradan banneri yerləşdirənlərə Vüsal Qəmbərovun Marketoblog-u da qoşulub. Bannerlərin bloqlarda 1 həftə ərzində təsiri ilə əlaqədar Google Analitics statistikaları aşağıda verilmişdir. 

Son 1 həftə ərzində Alexa reytinqində də Kataloq.NET ölkə trafiki üzrə 61-ci yerdən artıq 57-ci yerə yüksəlmişdir. Eksperimentdə iştirak edən hamıya təşəkkürlərimizi bildiririk.

Artıq bizim də bloqumuz var!

Kataloq.NET saytının rəsmi bloquna xoş gəlmisiniz!

Nəhayət ki, Kataloq ailəsi də bloq aparmaq niyyətinə gəldi. Bu bir qədər artıq məsuliyyət tələb etsə də, fikirlərimizi sizlərlə bölüşmək və sizin şərh və tövsiyyələrinizi almaq bizim üçün çox önəmlidir. Ona görə də sizi zaman-zaman bloqumuzu ziyarət edib, Kataloq.NET barədə son xəbərləri öyrənmək və onlara öz münasibətlərinizi bildirməyi xahiş edirik.

Bir daha xoş gördük.