On bir ayın sultanı

On bir ayın sultanı olan Ramazan ayın başlanması münasibəti ilə bütün müsəlmənları təbrik edirik! Quru-quru təbrik etmirik, bir hədiyyəmiz də var. Müsəlmanlar üçün ən əhəmiyyətli və ən sevimli ayın başlaması münasibəti ilə Kataloq.NET hər il olduğu kimi, Ramazan ayına və Ramazan orucuna həsr edilmiş xüsusi səhifə təqdim edir.

Səhifəyə hər girəndə Ramazan ayı və orucu barədə hər dəfə Qur’an-dan bir ayə, Peyğəmbərin hədisi və bilməyənlər üçün, bəzi terminlərin mənasını görə bilərsiniz. Eyni zamanda iftar vaxtına nə qədər qaldığını da öyrənmiş olacaqsınız.

Azərbaycanın şəhərləri üçün namaz vaxtları gündəlik olaraq səhifədə yer alacaqdır. Hətta bütün Ramazan ayı üçün şəhəriniz üçün imsakiyə (namaz vaxtlarının cədvəlini) da görüb çap edə bilərsiniz.

Bayramlarda yaxınlarını sevindirməyi xoşlayanlar üçün xüsusi Ramazan stolüstü səkilləri hazılamışıq. Onları kompüterinizin iş stoluna yerləşdirsəniz, Sizdə gözəl Ramazan ab-havasını əmələ gətirəcəkdir.

Hədiyyələrimiz bitmədi. Mübarək Ramazan ayını Kataloqla keçirin, sürprizlərimizə hazır olun!

Allah oruclarınızı qəbul eləsin!

Şərhinizi yazın

Şərh yazmaq üçün daxil olmalısınız.