Öküzlərin səssizliyi

Arada işlər çox olduğu üçün yazılası bir post vaxtında yazıla bilmədi. Ondan sonra yazılacaq post əvvəlki yazılmadığına görə yazılmadı. Və beləcə öküz ilinin ikinci yarısı blogumuzda səssisliklə keçdi. Uzun bir ayrılıqdan sonra artıq köhnəlmiş yenilikləri bir yazıda cəmləşdirib yenə də yazmaq istəyirik.

Nədən başlayaq? Qaldığımız yerdən! 2009-cu ilin payızında Kataloq.NET əməkdaşları MilliNet – Milli İnternet Mükafatının təşkilatçılığı ilə məşqul olmuşdular. MilliNet-in saytında Tərəfdaşlar bölməsində Kataloq.NET-in loqosunun yer almaması ancaq bizim təvazökarlığımızdandır. Söz veririk ki, gələn il bu qədər utancaq olmayacağıq.

İlin axrında hər bayramda olduğu kimi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə təbrik kartlar səhifəsi aktiv edilmişdir.

Vəssalam. İl bitdi. Gələk Milleniumun ilk onilliyinin sonuncu ili olan və bizim də 3-cü ilimiz olan 2009-un nəticələrinə.

Webalizer-in məlumatları saytda yerləşdirilmişdir. Bunlara görə 2009-un il ayını 31 min ziyarətçi ilə başlayıb dekabrda 77 mini aşaraq, istifadəçilərin sayını 1 il ərzində 2 dəfə artdığını müşahidə edirik. Bunu ancaq may ayında keçirilən redizayn, SEO və kontent həcminin artırılmasına və Ramazan ayında keçirilən kampaniyalara bağlayırıq. Pələngin öküzdən daha böyük uğurlar gətirməsini gözləyirik.

Şərhinizi yazın

Şərh yazmaq üçün daxil olmalısınız.