Mart çıxdı – dərd çıxdı..
Çətin krizis şəraitində Azərbaycan xalqını sevindirərək 9 günlük tətilin verilməsi küçədə gəzən camaatı və onlara saqqız və dondurma satanları sevindirərək, iş görməyə çalışanların işləməyən banklar və dövlət müəssisələri şəraitində fəaliyyətlərini hədsiz dərəcədə məhdudlaşdırmışdır.
İnternet aləmi də 9 günlük tətildən öz nəsibini almışdır. Bunu başa düşmək üçün Afrikadakı buşmenlərə və quttentotlara baxmağa ehtiyac yoxdur, mart ayının statistikalarına baxmaq kifayətdir.

Kataloq.NET Mart 2009 Statistikası
Fevral ayı ilə müqayisə olunduğu zaman, bütün parametrlərə görə itirdiyini müşahidə etmək mümkündür. Sadəcə istifadəçilərin saytda keçirdikləri müddətdə kiçik bir artış vardır.
Mart ayının ətraflı statistikaları ilə tanış olmaq istəyirsinizsə, statistika bölməsinə baş vura bilərsiniz.