Özü kimi adı var..
Logomuzun sağ üst küncündə əmələ gələn balaca nöqtəyə fikir vermisinizmi? Ona zərrəbin vasitəsi ilə diqqətlə baxsanız, onun ® işarəsi olduğunu görə bilərsiniz. Bilənlər bilir, bilməyənlərə xəbər verək. Loqoya əlavə olunan ® işarəsi, həmin loqonun qeydiyyata alınmış əmtəə nişanı olduğunu göstərir. Yani, həmin fəaliyyət sahəsində həmin adın, onun yazılışının, səslənişinin və görünüşünün başqası tərəfindən istifadə olunması qanunən qadağandır.
Artıq üçüncü ildir Azərbaycan İnternetində fəaliyyət göstərən və xidmətləri ilə istifadəçilərin sevgi və rəğbətini qazanan layihəni saxta pirat kopyalardan və müəyyən ad qazanan “Kataloq”-un başqaları tərəfindən sui-istifadə olunmasından qorumaq üçün həmin adı əmtəə nişanı olaraq qeydiyyata alınmasının qərarını aldıq.
Aldıq və aldıq. Azərbaycan Respublikası Standartlaştırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Kataloq ticatət markası əmtəə nişanı olaraq qeydiyyata alınıb. Beləliklə bir çox sahədə də olduğu kimi Kataloq bir ilkə daha nail oldu. Bildiyimiz qədər, “Kataloq” – Azərbaycanda əmtəə nişanı olan ilk İnternet layihəsidir.
