28 May – Respublika Gününüz mübarək!
Tags: 28 may, Kompass, Qurumlar, respublika günü, şirkətlər
Kataloq.NET 28 May Respublika Günü münasibəti ilə hamını təbrik edirik və çoxdan bəri söz verdiyimiz dəyişiklikləri təqdim edirik. Bunlar nədir?

Əvvəla, yəqin ki, bəlkə də ilk baxışdan hiss etmədiyiniz dizayn dəyişiklikləri. Fərqi anlaya bilməyənlər üçün əvvəkli versiyanın (v1) və indiki versiyanın (v2) görünüşünü veririk.
Nəyə görə bu qədər az hiss olunan dəyişikliklər elədik? Gündəlik gələnlərin birdən çox dəyişmiş saytda yadlıq hiss etməmələri üçün. Ötə yandan isə sadəcə dəyişiklik etmək istədik.
Bununla bitmədi!
2006-ci ildən bəri istifadəçilərini yenilikləri ilə sevindirən Kataloq.NET bir yenilik daha. Nəhəng Ümumdünya İnformasiya Sistemi Kompas International standartları üzrə buraxılan KOMPASS AZERBAIJAN və Azərbaycanını Elektron Kataloqu olan Kataloq.NET resurslarını birləşdirib, siz, istifadəçilər üçün misilsiz bir xidmət təqdim edir!
Artıq KOMPASS AZERBAIJAN kataloqunda yer alan 6.500-dən artıq müəssisə Kataloq.NET saytının bazasında yerləşdirilmişdir. Genişləndirilmiş axtarış vasitəsi ilə həmin müəssisələr arasında istədiyinizi asanlıqla tapa bilərsiniz.
Axtardığını tapmaq istəyənlər və özünüzü tanıdmaq istəyənləri gözləyirik!
Kataloq.NET həmişə xidmətinizdədir! Bir də Bayramınız Mübarək!
Kataloq.NET və KOMPASS AZERBAIJAN » Aliev.İnformasiya Merkezi said:
May 28, 09 at 10:14[...] Bu münasibətlə xalqımı təbrik edirəm. Bu gün münasibəti ilə kataloq.net saytının bloqundakı yazı diqqətimi çəkdi. saytda bir az dizayn dəyişiklikləri edilmiş və həmçinin nəhəng [...]
Kataloq.net-ə müəssisənizi, qurumunuzu, obyektinizi əlavə edin. | Amidosun blogu said:
Jun 12, 09 at 10:38[...] ki, bu dünyanın nəhəng informasiya kataloqlarındandır. Bu barədə kataloq.NET saytının rəsmi blogunda da oxuya [...]