Alexa-da nə var nə yox
admin
February 03, 2009
Ordan-burdan, Xəbərlər
Şərh yoxdur
Tags: alexa, brauser, browser, chrome, firefox, iexplorer, statistika
Azərbaycanın bəzi marketoloqları İnternet araşdırmalarında İnternet Məlumat Agentliyi Alexa-nın məlumatlarına istinad edirlər. Sırf experiment üçün, 3 ay əvvəl kompüterə Firefox üçün Alexa-nı qurub (Chrome üçün Alexa plagin yoxdur, IExplorer üçün isə Alexa faylları Antivirus troyan kimi görüb pozur), həftədə 2-3 dəfə olmaqla Kataloq.NET saytını açmağa başladıq. Nəticəsi göz qabağındadır:

Alexa plagini olan brauserdən gündə 1 ziyarət belə qrafikə bir heyli təsir etmə gücünə sahibdir. Başqa hansı məlumatları Alexa-dan əldə etmək mümkündür?
Ziyarətçəlirin 98.5%-i Azərbaycandandır. Oxşar nəticəni bizə Webalizer və Google Analitics da vermişdilər. Və xoş bir xəbər daha. Kataloq.NET Azərbaycandan gələn trafik siyahısında ilk 100-zə daxil olub, hələ ki 70-ci növbədə (03 fevral) yer alır. Nəzərdə tutsaq ki, Alexa Kataloq.NET-in 10%-lıq artış göstərdiyini soyləyir, ehtimal var ki, yaxın gələcəkdə onun daha yuxarılarda olduğunu müşahidə edəcəyik.
Əlavə: kiçik bir reklam yerləşdirdik, 70-dən 61-ə yüksəldik (6 fevral).