* You are viewing the archive for the ‘Xəbərlər’ Category

2010 – qırmızı don !

Əvvəla, ad günümüz mübarək! Kataloq.NET saytı fəaliyyətinin 4-cü ilini uğurla tamamladı. Uğurumuz diqqətinizdir. 1 illik diqqətinizin təfərruatlarını sizinlə bölüşmək istəyirik.

Saytda yerləşdirdiyimiz Webalizer statistikası bəzilərə görə qarışıq gəldiyinə görə, Kataloq.NET-in illik statistikanın Google Analytics versiyasını təqdim edirik:

Yazının davamı

Ramazan hədiyyəsi

Kataloq.NET ənənəvi olaraq müsəlmanların orucluq ayı olan mübarək Ramazan ayında İnternet istifadəçilərinə bir hədiyyə hazırladı. Həmişəki kimi bu Azərbaycan İnternetində bir yenilikdir. Belə ki, oruc tutan və namaz qılan İnternet istifadəçilər üçün artıq namaz vaxtlarını və orucluq vaxtlarını  kompüterlərində görə biləcəklər. Bu məqsədlə Azərbaycanda ilk dəfə olaraq xüsusi proqram (widget) hazırlanıb.

Ramazan widgeti Azərbaycanın bir çox şəhərləri üçün namaz vaxtlarını və orucluğun başlama və bitmə vaxtlarını göstərir. Alarm seçildiyi tərdirdə, namaz vaxtlarında səs siqnalı, orucluq vaxtlarında isə əzan səsi ilə xəbərdarlıq edir. Bundan əlavə hər gün widgeti yükləyən istifadəçilər bir yeni … Yazının davamı

Üç-dörd.. qapını ört!

3 il2006-cı ildə üzərində işləməyə başlanan layihənin tam hazır versiyası 2007-ci ilin yanvarında fəaliyyətə başlayıb. Beləliklə, hər ilin ilk günlərində ad gününü qeyd edən Kataloq.NET-in bu ilki ad günü tortunda 3 şam yandırılmışdı.

3 il ərzində nəyə nail olundu? Gündəlik 3 minə çatan ziyarətçilərin sayı fəxr etdiyimiz uğurlarımızdandır.

Gələcək planlarda nələr var? Çox şey var. Sonradan yalançı çıxmamaq üçün indidən açıqlamaq istəmirik. Yazının davamı

Yayın son ayı

Beləliklə krizisli bir yayın sonuna gəldik. Nəticələrə baxanda, ümumi artış görmək mümkündür. Səbəbləri müxtəlifdir. Əvvəlki illərə görə bütün işləri buraxıb tətilə gedənlərin sayı azalmış olmalıdır, çünki İnternet istifadəçilərin sayında azalma hiss olunacaq dərəcədə deyildi.

Avqust ayının statistikalarına baxanda, isti keçən iyula görə artış var. Bunun da səbəbləri fərqlidir. Avqust isti keçmədiyinə görə Abşeronun çimərliklərində vaxtı keçirə bilməyənlər həmin vaxtı İnternetdə olmağa sərf edibrəl. Bir də, təbii ki, ayın ortasında başlamış orucluq ayı olan mübarək Ramazan.

Ramazanla əlaqədar açılan xüsusi Ramazan səhifəsi və onun açılması ilə əlaqədar keçirilən reklam kampaniyası sayta daxil olanların sayını hiss olunacaq dərəcədə artışına gətirib çıxartmışdır. Yazının davamı

On bir ayın sultanı

On bir ayın sultanı olan Ramazan ayın başlanması münasibəti ilə bütün müsəlmənları təbrik edirik! Quru-quru təbrik etmirik, bir hədiyyəmiz də var. Müsəlmanlar üçün ən əhəmiyyətli və ən sevimli ayın başlaması münasibəti ilə Kataloq.NET hər il olduğu kimi, Ramazan ayına və Ramazan orucuna həsr edilmiş xüsusi səhifə təqdim edir.

Səhifəyə hər girəndə Ramazan ayı və orucu barədə hər dəfə Qur’an-dan bir ayə, Peyğəmbərin hədisi və bilməyənlər üçün, bəzi terminlərin mənasını görə bilərsiniz. Eyni zamanda iftar vaxtına nə qədər qaldığını da öyrənmiş olacaqsınız.

Azərbaycanın şəhərləri üçün namaz … Yazının davamı