* You are viewing the archive for the ‘Şəxslər’ Category

Əliağa Vahid

Əliağa Vahidin heykəli

Kuyində mənə qoy nə bilir eyləsin əqyar,
Əlbəttə, cəzasın cəkər ALLAH kərim olsa.
 

Adı dəyişdirilmiş və bərpa olunmuş İçəri Şəhər metro stansiyasının yanında köhnə bakılıların Qubernator bağçası olaraq tanıdıqları, qəzəlxan  Əliağa Vahid-in adını daşıyan bağda abadlaşdırma əməliyyatından sonra artıq əndər incəsənət əsəri olan Vahidin heykəlini görə bilməyəcəksiniz.

Onu görmək üçün, metronun arxasındakı qala qapısından içəri girmək lazım gələcəkdir. Böyük qəzəlxanın heykəlini yeni abadlaşdırılmış kiçik bağçanın içində  görə bilərsiniz.

Şəxslər kataloquna kimlər əlavə olunur?

Kimlər şəxslər kataloquna əlavə oluna bilər sualının cavabını özümüz üçün müəyyəlnəşdirdik. Azərbaycan adını ölkəmizdə və ölkədən kanar ucaldanlar, adı Azərbaycanla assosiasiya olunanlar, Azərbaycan naminə xeyirli işlər görənlərin adı həmin kateqoriyada yer almağa layiqdir. Ağlımızda olan siyahı tükənəndən sonra, daha konkret bir yol seçmək üçün Fəxri Xiyabanda dəfn olunanların siyahısını alıb, oradakı şəxslər barədə məlumatı araşdırmağa başladıq.

Fikrinizcə, nə dərəcədə düzgül yolu seçmişik və daha kimləri Azərbaycanın dahı şəxsiyyətləri arasına əlavə etmək olardı?