Öküzlərin səssizliyi
Arada işlər çox olduğu üçün yazılası bir post vaxtında yazıla bilmədi. Ondan sonra yazılacaq post əvvəlki yazılmadığına görə yazılmadı. Və beləcə öküz ilinin ikinci yarısı blogumuzda səssisliklə keçdi. Uzun bir ayrılıqdan sonra artıq köhnəlmiş yenilikləri bir yazıda cəmləşdirib yenə də yazmaq istəyirik.
Nədən başlayaq? Qaldığımız yerdən! 2009-cu ilin payızında Kataloq.NET əməkdaşları MilliNet – Milli İnternet Mükafatının təşkilatçılığı ilə məşqul olmuşdular. MilliNet-in saytında Tərəfdaşlar bölməsində Kataloq.NET-in loqosunun yer almaması ancaq bizim təvazökarlığımızdandır. Söz veririk ki, gələn il bu qədər utancaq olmayacağıq.
İlin axrında hər bayramda olduğu kimi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə təbrik … Yazının davamı

Total krizis şəraitində fəaliyyətsizlikdən şikayət edənlərdən fərqli olaraq, fürsəti fürsət edib üç günlük Gəncəyə səfərə düşmək qərara gəldik. Nəyə görə məhz Gəncəyə? Çünki 14-16 avqust tarixləri arasında Gəncədə BarCamp Azərbaycan 2009 qeyri-konfransı keçir və Azərbaycan İnternetinə aidiyyatı olan hər bir kəsin həmin konfransa iştirak etməzi zəruridir.