* You are viewing the archive for the ‘Elektron xəritə’ Category

Krizis yoxsa tənbəllik?!

barcampTotal krizis şəraitində fəaliyyətsizlikdən şikayət edənlərdən fərqli olaraq, fürsəti fürsət edib üç günlük Gəncəyə səfərə düşmək qərara gəldik. Nəyə görə məhz Gəncəyə? Çünki 14-16 avqust tarixləri arasında Gəncədə BarCamp Azərbaycan 2009 qeyri-konfransı keçir və Azərbaycan İnternetinə aidiyyatı olan hər bir kəsin həmin konfransa iştirak etməzi zəruridir.

Bu il HP şirkəti və Soros Fondunun dəstəyi ilə təşkil olunan BarCamp-da bizi yeni nələr gözləyir? Hər zamanki kimi, yeni simalar və çıxışlar, maraqlı qətdimat və prezentasiyalar, əyləncəli party, faydalı tanışlıqlar. Yazının davamı

BarCamp Caspian’09

BarCamp Caspian'0927-29 mart tarixləri arasında 2009-cu ilin sensasiyası olmağa namizəd olan BarCamp Caspian’09 beynəlxalq qeyri-konfransı keçirilmişdir. Delta Telekom-un baş sponsorluğunda, HP, Opera, Xerox, BƏHM və Qafqaz Universitetinin sponsorluğunda keçirilən tədbirdə 16 ölkədən 60-dan artıq qonağın iştirakı ilə ümumiyyətlə 400-dən artıq barkampçı aktiv şəkildə iştirak etmişdir. 

İT, İnternet və Yeni Media qeyri-konfransın Bakıda ilk dəfə beynəlxalq səviyyədə baş tutması üçün tədbir zamanı baş verən hər bir hadisənin keçirildiyi yerin xəritədəki yerini göstərməklə BarCamp Caspian iştirakçılarına bələdçilik edərək Kataloq.NET de öz tövhəsini verdi…. Yazının davamı

Əliağa Vahid

Əliağa Vahidin heykəli

Kuyində mənə qoy nə bilir eyləsin əqyar,
Əlbəttə, cəzasın cəkər ALLAH kərim olsa.
 

Adı dəyişdirilmiş və bərpa olunmuş İçəri Şəhər metro stansiyasının yanında köhnə bakılıların Qubernator bağçası olaraq tanıdıqları, qəzəlxan  Əliağa Vahid-in adını daşıyan bağda abadlaşdırma əməliyyatından sonra artıq əndər incəsənət əsəri olan Vahidin heykəlini görə bilməyəcəksiniz.

Onu görmək üçün, metronun arxasındakı qala qapısından içəri girmək lazım gələcəkdir. Böyük qəzəlxanın heykəlini yeni abadlaşdırılmış kiçik bağçanın içində  görə bilərsiniz.