BarCamp Caspian’09
Tags: Bakı xəritəsi, BarCamp Caspian, barcampcaspian, sponsor, xəritə
27-29 mart tarixləri arasında 2009-cu ilin sensasiyası olmağa namizəd olan BarCamp Caspian’09 beynəlxalq qeyri-konfransı keçirilmişdir. Delta Telekom-un baş sponsorluğunda, HP, Opera, Xerox, BƏHM və Qafqaz Universitetinin sponsorluğunda keçirilən tədbirdə 16 ölkədən 60-dan artıq qonağın iştirakı ilə ümumiyyətlə 400-dən artıq barkampçı aktiv şəkildə iştirak etmişdir.
İT, İnternet və Yeni Media qeyri-konfransın Bakıda ilk dəfə beynəlxalq səviyyədə baş tutması üçün tədbir zamanı baş verən hər bir hadisənin keçirildiyi yerin xəritədəki yerini göstərməklə BarCamp Caspian iştirakçılarına bələdçilik edərək Kataloq.NET de öz tövhəsini verdi.

Xaricdən gələn çoxsaylı qonaqlara ölkəmizin paytaxtını tanımasında köməklik məqsədi ilə Bakı rəhbəri yaradılmışdır. Hal hazırda ancaq rus dilində olan rəhbərin yaxın gələcəkdə genişləndirilməsi və ingilis versiyasının da yaradılması nəzərdə tutulur.
Bunlardan başqa, xüsusilə Bakıya ilk dəfə qısa bir müddət üçün gələn BarCamp iştirakçılar üçün Kataloq.NET-in xüsusi Bakı xəritəsi çap olunub paylanılmışdır. Xəritədə paytaxtımızın əsas önəmli görməli və gəzməli yerlər yerləşdirilmişdir.
Muradov Shaig - Links for today #2 said:
Apr 07, 09 at 12:05[...] Kataloq [...]