Krizis yoxsa tənbəllik?!
Total krizis şəraitində fəaliyyətsizlikdən şikayət edənlərdən fərqli olaraq, fürsəti fürsət edib üç günlük Gəncəyə səfərə düşmək qərara gəldik. Nəyə görə məhz Gəncəyə? Çünki 14-16 avqust tarixləri arasında Gəncədə BarCamp Azərbaycan 2009 qeyri-konfransı keçir və Azərbaycan İnternetinə aidiyyatı olan hər bir kəsin həmin konfransa iştirak etməzi zəruridir.
Bu il HP şirkəti və Soros Fondunun dəstəyi ilə təşkil olunan BarCamp-da bizi yeni nələr gözləyir? Hər zamanki kimi, yeni simalar və çıxışlar, maraqlı qətdimat və prezentasiyalar, əyləncəli party, faydalı tanışlıqlar.
Nələri umurduq, onları da əldə etdik. Bunlardan başqa hətta yeni fəaliyyətlər də mövcud idi. Belə ki, ənənəvi qeyri-konfrans formatında keçən birinci gündən başqa BarCamp-ın ikinci günü Göy-göl rayonunun dağlarında möhtəşəm mənzərələr qoynunda səfalı havada keçmişdir. Və burada da artıq təqdimat və prezentasiyalar yox, disputlar, startapların təqdimatı kimi interaktiv fəaliyyətlər həyata keçirilmişdir. Qaliblər müəyyən olunmuşdur, mükafatlar paylanılmışdır.
BarCamp-da iştirakımız nədən ibarət olub? Hər zamankı təşkilatçılıq işlərindən başqa, Kataloq.NET layihəsinin təcrübəsinə əsaslanaraq “Startaplar” mövzulu təqdimatımız olub. Və qədim Gəncədə keçən bütün iştirakçılara bu gözəl şəhərdə itməmək üçün Gəncənin xəritəsi paylanılıb. Növbəti BarCamp-ı öz şəhərinizdə keçirsəniz, sizin şəhərinizin də xəritəsini hazırlamağa söz veririk.