Köçəri quşlar gəlir. Yaz gəlir, bahar gəlir!

Baharın ilk günündə son qış ayının, ilin ən qısa ayı olan fevralın statistikasını hazırladıq. Bahar gəlişi hiss olunur. Son qış ayında ziyarətçilərin artışı əslində bir neçə amilin təsiri ilə olmuşdur: Google AdWords, Musavat-da yeni banner və blog saytlarında 2 həftəlik banner. Daha da uzadmadan, nəticələrə göz ataq: 

Kataloq.NET Fevral 2009 Statistikası

Kataloq.NET Fevral 2009 Statistikası

Əvvəlki ayla müqayisə edərsək, aylıq ziyarətçilərinin sayı 18 mindən 23 minə çıxmışdır, baxılan səhifələrin sayı isə 55 mindən 66 minə artmışdır. Ancaq yeni ziyarətçilərin sayı və onların saytda keçirdikləri zaman artmadı, düşündürücüdür.

Gündəlik webalizer statistikaları ilə saytın içindəki statistika bölməsində tanış olmaq olar. Bu ayında sayta 74 ölkədən ziyarətçi daxil olmuşdur, və bu ay Hollandadan daxil olanların sayı Norveçdən daxil olanlara görə daha çoxdu.

Şərhinizi yazın

Şərh yazmaq üçün daxil olmalısınız.