Bloq haqqında
Əsas məqsədimiz, Azərbaycana aid məlumat resurslarının vahid bir verilənlər bazasında toplamaq, və azərbaycan dilli İnternet istifadəçilərinin onlardan rahat və universal şəkildə istifadə etmələrini təmin etməkdir.
Hal hazırda kataloq 4 əsas bölmədən ibarətdir:
- Azərbaycanla bir şəkildə bağlı olan İnternet saytların yer aldığı bölmə
- Azərbaycanın məşhur şəxsiyyətləri haqqında məlumatın, hal hazırda müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin tərcümeyi hallarının və normal İnternet istifadəçilərinin öz əlaqə məlumatlarının yer aldığı şəxslər bölməsi
- Dövlət qurumlarının, şirkət və təskilatların, eləcə də ticari müəssisə və obyektlərinin, dükan və restoranların, otel və şadlıq evlərinin yer aldığı qurumlar bölməsi
- Azərbaycanda ilk elektron xəritə olan, rayon və küçələrə, küçə kəsişməsinə görə, eləcə də park, heykəl, körpü, metro stansiyası v.s. kimi oriyentir obyektlərinə görə axtarış aparmağa imkan verən Bakının xəritəsi.
Azərbaycanın Digital Kataloqu bu sahədə yaradılan saytlardan ilki yada ən böyüyü olma iddiasında deyildir. Google, Yahoo, Yandex kimi İnternet resursları axtarış saytları ilə rəqabət aparmağa niyyətimiz də yoxdur. Ancaq kataloqumuzun da özünəməxsus unikal cəhətləri vardır. Ancaq Azərbaycanı əhatə edən resurslar kataloqumuzda bir biri ilə inteqrasiyalı şəkildə yer alır, beləliklə kataloqun bir bölməsindən başqa bir bölməsində yer alan məlumatlara müraciət etmək mümkündür.
Kataloqda yer alan bütün məlumatlar AR Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulan yollara uyğun olaraq toplanılır, içərik redaktorlarımız tərəfindən mənbə göstərilərək kataloqlaşdırılır.
Kataloqumuz pulsuzdur, hamıya açıqdır. Kataloqda məlumat yerləşdirmək pulsuzdur, ancaq məlumatın axtarışında digərlərdən fərqlənmək yada üstün yer almaq xidmətləri pulludur.
Kataloqun istifadəsi barədə bütün məlumatlar açıqdır və statistika bölməsində verilmişdir.
Kataloq haqqında hər hansı bir sualınız olsa, yada məlumatınızı kataloqa əlavə etmək istəsəniz, bizə yazın.