2010 – qırmızı don !

Əvvəla, ad günümüz mübarək! Kataloq.NET saytı fəaliyyətinin 4-cü ilini uğurla tamamladı. Uğurumuz diqqətinizdir. 1 illik diqqətinizin təfərruatlarını sizinlə bölüşmək istəyirik.

Saytda yerləşdirdiyimiz Webalizer statistikası bəzilərə görə qarışıq gəldiyinə görə, Kataloq.NET-in illik statistikanın Google Analytics versiyasını təqdim edirik:

Kataloq.NET 2010-da

Kimin üçün tam aydın olmayıb, başa salmağa çalışaq.

  • 2010-cu il ərzində Kataloq.NET-i yarım million (519 014) nəfər ziyarət edib
  • Ən az ziyarətçinin (38 233 nəfər) gəldiyi ay fevral, ən çox ziyarətçinin (48 121 nəfər) gəldiyi ay dekabr olmuşdur
  • 2010-cu il əzrində ziyarətçilərimizin sayı 19.6% artıb
  • Ziyarətçilərin 88.9% Azərbaycandandır
  • Hər sayta gələn ziyarətçi 4-5 səhifəyə baxır və saytda 3 dəqiqədən artıq vaxt keçirir

Hələlik bu qədər.. Daha maraqlı statistikaları irəliki postlarda gözləyin

Şərhinizi yazın

Şərh yazmaq üçün daxil olmalısınız.