28 May – Respublika Gününüz mübarək!
Tags: 28 may, Kompass, Qurumlar, respublika günü, şirkətlər
Kataloq.NET 28 May Respublika Günü münasibəti ilə hamını təbrik edirik və çoxdan bəri söz verdiyimiz dəyişiklikləri təqdim edirik. Bunlar nədir?

Əvvəla, yəqin ki, bəlkə də ilk baxışdan hiss etmədiyiniz dizayn dəyişiklikləri. Fərqi anlaya bilməyənlər üçün əvvəkli versiyanın (v1) və indiki versiyanın (v2) görünüşünü veririk.
Nəyə görə bu qədər az hiss olunan dəyişikliklər elədik? Gündəlik gələnlərin birdən çox dəyişmiş saytda yadlıq hiss etməmələri üçün. Ötə yandan isə sadəcə dəyişiklik etmək istədik.
Bununla bitmədi!
Logomuzun sağ üst küncündə əmələ gələn balaca nöqtəyə fikir vermisinizmi? Ona zərrəbin vasitəsi ilə diqqətlə baxsanız, onun ® işarəsi olduğunu görə bilərsiniz. Bilənlər bilir, bilməyənlərə xəbər verək. Loqoya əlavə olunan ® işarəsi, həmin loqonun qeydiyyata alınmış əmtəə nişanı olduğunu göstərir. Yani, həmin fəaliyyət sahəsində həmin adın, onun yazılışının, səslənişinin və görünüşünün başqası tərəfindən istifadə olunması qanunən qadağandır.