* You are viewing the archive for February, 2009

Bloq eksperimenti

Həsənəlizadə RamiN-in təklifi ilə Kataloq.NET sayt axtarışının banneri aşağıdakı bloq-lara yerləşdirildi:

Kataloq.NET-in blog-larda reklamı nəticəsində Google Analitics statistikaları
Sonradan banneri yerləşdirənlərə Vüsal Qəmbərovun Marketoblog-u da qoşulub. Bannerlərin bloqlarda 1 həftə ərzində təsiri ilə əlaqədar Google Analitics statistikaları aşağıda verilmişdir. 

Son 1 həftə ərzində Alexa reytinqində də Kataloq.NET ölkə trafiki üzrə 61-ci yerdən artıq 57-ci yerə yüksəlmişdir. Eksperimentdə iştirak edən hamıya təşəkkürlərimizi bildiririk.

Alexa-da nə var nə yox

Azərbaycanın bəzi marketoloqları İnternet araşdırmalarında İnternet Məlumat Agentliyi Alexa-nın məlumatlarına istinad edirlər. Sırf experiment üçün, 3 ay əvvəl kompüterə Firefox üçün Alexa-nı qurub (Chrome üçün Alexa plagin yoxdur, IExplorer üçün isə Alexa faylları Antivirus troyan kimi görüb pozur), həftədə 2-3 dəfə olmaqla Kataloq.NET saytını açmağa başladıq. Nəticəsi göz qabağındadır:

Kataloq.NET üçün Alexa rating

Alexa plagini olan brauserdən gündə 1 ziyarət belə qrafikə bir heyli … Yazının davamı

Yanvar 2009 statistikası

Yeni ilin ilk ayı sona çatıb. Serverdə qurulan webalizer nəticələrinə görə hazırlanmış aylıq ziyarət hesabatı saytda Statistika bölməsində nəşr olunub. Eyni bölmədə keçmiş 20072008 illərin ziyarət statistikalarını da görmək mümkündür. 

Google Analitics-in qrafik təsvirli nəticələri daha yaxşı məlumat verir. Ziyarətçilərin sayını yavaş-yavaş artıraraq, Kataloq.NET yola davam edir:

Google Analitics statistikaları

Növbəti şəkil bizə əlavə gözəl məlumat verir:

  1. saytın əsas istifadəçiləri Azərbaycandandır (reklamverənlərin nəzərinə)
  2. aylıq ziyarətçilərimiz 20 minə yaxınlaşır
  3. və… Norveçdə xeyli azərbaycan dilini bilən adam var :)

Yazının davamı