* You are viewing the archive for January, 2009

Əliağa Vahid

Əliağa Vahidin heykəli

Kuyində mənə qoy nə bilir eyləsin əqyar,
Əlbəttə, cəzasın cəkər ALLAH kərim olsa.
 

Adı dəyişdirilmiş və bərpa olunmuş İçəri Şəhər metro stansiyasının yanında köhnə bakılıların Qubernator bağçası olaraq tanıdıqları, qəzəlxan  Əliağa Vahid-in adını daşıyan bağda abadlaşdırma əməliyyatından sonra artıq əndər incəsənət əsəri olan Vahidin heykəlini görə bilməyəcəksiniz.

Onu görmək üçün, metronun arxasındakı qala qapısından içəri girmək lazım gələcəkdir. Böyük qəzəlxanın heykəlini yeni abadlaşdırılmış kiçik bağçanın içində  görə bilərsiniz.

Böyük təmizlik

error 404Sayt kataloqlarının ən böyük problemi, kataloqda mövcud olan saytların aktiv vəziyyətdə olduğunu təmin etməkdir. Saytlar bağlanır, domenlərin müddəti uzadılmır, hostinqda problemlər əmələ gəlir, – nəticə olaraq əvvəl aktiv olan saytlar açılmır. Saytlara aparan keçidlərə müraciət olunanda “This link appears broken. HTTP 404 – File not found.” və ya bənzər səhv mesajları ilə rastlaşılırdı. 

Kataloq.NET-ə saytlar ancaq redaktorların tərəfindən yoxlanıldıqdan sonra bir-bir əlavə olunur. Fəqət buna baxmayaraq bağlanan saytların axtarış nəticələrində göstərilməsinin qarşısını almaq üçün, beləlilkə siz, istifadəçilərinizin işini asanlaşdırmaq üçün, işləməyən saytları qeyri-aktiv vəziyyətə gətirmə əməliyyatı gərçəkləşdirildi. Xüsusi yolla işləməyən saytlar … Yazının davamı