Kataloqlaşdırdıqlarımızdansınızmı?
Kataloq.NET-də çoxdan gözlənilən kiçik bir yenilik daha. Saytımızı gündəlik olaraq ziyarət edənlər Kompass bölməsində “Kataloqda ol!” düyməsinə diqqət etmiş olarlar.
Bəli bəli. Artıq müəssisənizi, qurumunuzu, obyektinizi v.s. Kataloq.NET-in bazasına daxil etmək üçün elektron anket formunu doldurmaq kifayətdir. Göndərdiyiniz məlumatlar bizə ötürüldükdən həmən sonra menecer sizinlə əlaqə saxlayaraq məlumatların doğruluğunu yoxlayacaq və əsas bazaya daxil edəcəkdir.
Diqqət! Sizinlə operativ olaraq əlaqə saxlaya bilməyimiz üçün, telefon və emailinizi doğru olaraq daxil edin.
Sizin müəssisəniz … Yazının davamı

Logomuzun sağ üst küncündə əmələ gələn balaca nöqtəyə fikir vermisinizmi? Ona zərrəbin vasitəsi ilə diqqətlə baxsanız, onun ® işarəsi olduğunu görə bilərsiniz. Bilənlər bilir, bilməyənlərə xəbər verək. Loqoya əlavə olunan ® işarəsi, həmin loqonun qeydiyyata alınmış əmtəə nişanı olduğunu göstərir. Yani, həmin fəaliyyət sahəsində həmin adın, onun yazılışının, səslənişinin və görünüşünün başqası tərəfindən istifadə olunması qanunən qadağandır.